İsrail FHN-in əməkdaşlarını təltif etdi

İsrail FHN-in əməkdaşlarını təltif etdi
13:28 30 Noyabr 2016
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 29-da İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.

Həmçinin yanğınların söndürülməsində göstərdikləri şücaətə görə Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunmuşlar.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR