Pakistanın federal ticarət naziri Hürrəm Dəstgir Xan iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı imkanlarının müzakirəsi üçün Azərbaycana səfər edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, nazirin səfəri çərçivəsində dekabrın 6-7-də Azərbaycan-Pakistan biznes forumu da keçiriləcək.
Nümayəndə heyətinə 80-ə yaxın iş adamı daxil olacaq. Biznes forumda qida sənayesi, yüngül sənaye, əczaçılıq, idman geyimləri ishtehsalı və digər sahələrdə təmsil olunan Pakistan şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Milli.Az