Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı - FOTO

Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı - FOTO
13:32 30 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Gömrükdə avtomobilin yanacaq çənindən mobil telefonlar tapılıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Məlumatda bildirilir ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd "Samsung Galaxy J2", 1 ədəd "Samsung Galaxy J5" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR