İqtisadi artımı nəzərdə tutan tədbirlər planı hazırlanır

İqtisadi artımı nəzərdə tutan tədbirlər planı hazırlanır
13:34 30 Noyabr 2016
46 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması və yeni iqtisadi artımı nəzərdə tutan tədbirlər planı üzərində işlənilir.

 

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

“Bilirsiniz ki, ölkədə Maliyyə Sabitliyi Şurası yaradılıb. Bu Şurada olduqca ciddi iş, müzakirələr gedir. Şurada gedən müzakirələr makroiqtisadi sabitliyin təmin olunması, struktur və sosial islahat məsələlərini də əhatə edir”, - deyə E.Rüstəmov vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR