Keçmiş ANS-çiyə vəzifə verildi

Keçmiş ANS-çiyə vəzifə verildi
13:36 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində yenilik baş verib.

Axşam.az-ın avtosfer.az-a istinadən məlumatına görə, QSC sədri Cavid Qurbanovun əmri ilə qurumun mətbuat katibliyi ləğv edilib.

Onun əvəzində isə İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Şöbənin rəisi vəzifəsinə Sevinc Qədirova təyin edilib. İndiyədək Mətbuat Katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqəlar şöbəsinin əməkdaşı təyin edilib.

Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR