Cavid Qurbanov xanım jurnalistə vəzifə verdi

Cavid Qurbanov xanım jurnalistə vəzifə verdi
13:42 30 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, jurnalist Sevinc Qədirova yeni yaradılan şöbənin müdiri təyin edilib.

S. Qədirova APA-ya açıqlamasında məlumatı təsdiq edib.

Mətbuat katibliyinin rəhbəri olmuş Nadir Əzməmmədov isə İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı təyin edilib.

Qeyd edək ki, Sevinc Qədirova bundan əvvəl ANS və Lider telekanallarında işləyib.

Qeyd edək ki, buna qədər S. Qədirova "Azərbaycan Dəmir Yolları" QSC-də Mətbuat Katibliyinin böyük inspektoru vəzifəsində çalışıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR