Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb

Rusiya ilə Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında razılaşma imzalanıb
13:42 30 Noyabr 2016
140 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Rusiya və Ermənistan arasında iki ölkə qoşunlarının birləşmiş qruplarının yaradılması haqda razılaşma imzalanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vigen Sarkisyan imzalayıb.
İnformasiyaya görə, nazirlər 2017-ci ildə hərbi sahədə əməkdaşlığa dair planı da təsdiqləyiblər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 14-də Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplarının yaradılması haqqında sazişi təsdiqləyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-ile-ermenistan-qosunlarinin-birlesmis-qruplarinin-yaradilmasi-haqqinda-razilasma-imzalanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR