Bakı metrosunda sərnişinlər qatardan düşürüldülər

Bakı metrosunda sərnişinlər qatardan düşürüldülər
14:17 30 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Metropoliteni" QSC-nin  "Azadlıq prospekti" stansiyasında 15 dəqiqə gecikmə ilə platformaya yaxınlaşan qatar sərnişinləri götürdükdən sonra yoluna davam edib. Lakin bu müddətdə vaqonun içərisində tüstü iyi hiss olunmağa başlayıb. Bu səbəbdən də sərnişinlər "Nəsimi" stansiyasında qatardan boşaldılıblar, qatar depoya göndərilib.
 
Milli,Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, narahatlıq üçün heç bir əsas yoxdur:
 
"30 saylı marşrutda nasazlıq baş verib. Sərnişinlər qatardan boşaldılıblar. Bundan sonra qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR