"Azərbaycanda “quş qripi” yoxdur" - RƏSMİ AÇIQLAMA

"Azərbaycanda “quş qripi” yoxdur" - RƏSMİ AÇIQLAMA
14:19 30 Noyabr 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti İran Baytarlıq Təşkilatının Azərbaycanda "quş qripi"nin olmasına dair məlumatına münasibət bildirib. 

 

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, Azərbaycanda “quş qripi” yoxdur: “ Hazırda Azərbaycanda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir. İran Baytarlıq Təşkilatının əməkdaşları gəlib bizdə monitorinq aparmayıb ki, belə  bir fikir də irəli sürsünlər”.

Qurum rəsmisi onu da qeyd edib ki, noyabrın 28-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq “quş qripi” ilə bağlı  növbəti monitorinqə start  verilib. 

 

 Qeyd edək ki, İran Baytarlıq Təşkilatı “quş qripi”nin qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayıldığı, lakin bu ölkələrin Dünya Səhiyyə Təşkilatına hesabat vermədiyi ilə bağlı məlumat yayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR