AFFA "Qarabağ" və "Qəbələ" klublarını cəzalandırıb

AFFA "Qarabağ" və "Qəbələ" klublarını cəzalandırıb
14:32 30 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIII turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, Komitə "Qarabağ" - "Qəbələ" oyununda baş verənlərlə bağlı hər iki klubu cəzalandırıb.
Qərarda deyilir: 
Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40). Oyunun 39-cu dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur(maddə 62). 
Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Riçard Almeyda aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 38.3). 
Matçın videoyazısı izləndikdən sonra müəyyən olunmuşdur ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun 91 №-li futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1). 
“Qarabağ” klubunun 2-ci qolundan sonra klubun 12 №-li futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkar olunub. Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunur. 
Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-qarabag-ve-qebele-klublarini-cezalandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR