75 nəfərin ölümünü 8 ay öncədən xəbər verən SİRLİ ADAM

75 nəfərin ölümünü 8 ay öncədən xəbər verən SİRLİ ADAM
14:38 30 Noyabr 2016
217 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə dəqiq proqnozları ilə diqqət çəkən Jose Ferreira dos Santos Carlinhos adlı şəxs Braziliyanın “Chapecoense” futbol klubunu Kolumbiyaya aparan “RJ85” tipli sərnişin təyyarəsinin qəzaya uğrayacağını 8 ay öncə xəbər veribmiş.

Publika.az
xəbər verir ki, Carlinhos mart ayında sosial şəbəkə hesabında “Bir futbol klubunun heyəti təyyarə qəzasında öləcək. Bunu qeyd edin, bu dediyim bir il yarım müddət ərzində həyata keçəcək”, - deyə qeyd edib.

Onun dediyi kimi qəzada təyyarə göyərtəsindəki 81 nəfərdən 75 nəfəri həlak oldu.

Qeyd edək ki, 53 yaşlı Carlinhosun indiyə qədər futbolla bağlı bir çox proqnozu doğru çıxıb. Misal üçün, o, 2014-cü il futbol üzrə dünya çempionatının yarımfinalında Braziliyanın Almaniyaya 7:1 hesabı ilə məğlub olacağını açıqlamışdı.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/177962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR