AFFA "Qarabağ" - "Qəbələ" matçı barədə qərar çıxardı

AFFA "Qarabağ" - "Qəbələ" matçı barədə qərar çıxardı
14:57 30 Noyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın İntizam Komitəsi Topaz  Premyer Liqasının XIII turunun qalmaqallı “Qarabağ” – “Qəbələ” matçında baş verənləri müzakirə edib. Fanat.Az xəbər PFL-in rəsmi saytına istinadən verir ki, toplantıda görüş zamanı yaşanan neqativ hallara hüquqi qiymət verilib. 


Görüşün 39-cu dəqiqəsində ev sahiblərinin məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

 

Matçın 90+4-cü dəqiqəsində yaşananlar da komitənin diqqətindən yayınmayıb. “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, ağdamlılara 3200 manat cərimə kəsilib.

 

Oyunun videoyazısı izləndikdən sonra müəyyən olunub ki, 90+4-cü dəqiqədə “Qarabağ”ın digər üzvü Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edib. Lakin bu hakimin diqqətindən yayınıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanıb, klub 1600 manat xərcə düşüb.

 

“Qarabağ”ın 2-ci qolundan sonra klubun ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.

 

Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub. Hər iki kluba nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tapşırılıb.


Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-affa-quotqarabaquot-quotqblquot-matc-bard-qrar-cxard-t54585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR