"Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası"nın səhmləri satışa çıxarılır

"Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası"nın səhmləri satışa çıxarılır
15:07 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Gürcüstan hökuməti "Gürcüstan Dəmir Yolları" ASC və "Neft və Qaz Korporasiyası" ASC-nin 25%-lik səhm paketlərini satmaq qərarına gəlib. "Report"un "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə ölkənin maliyyə naziri Dmitriy Kumsişvili çıxış edib. 
Nazir bildirib ki, "Gürcüstan Dəmir Yolları" və "Neft və Qaz Korporasiyası" şirkətlərinin səhmlərinin 1/4-nin birjada yerləşdirilməsinə dair qərar qəbul olunub: "Biz bunun London və ya Şanxay birjalarında olacağını düşünürük. Bu, açıq yerləşdirmə olacaq və hər hansı konkret şəxslərin mənafelərindən söhbət gedə bilməz".
Bununla yanaşı, D.Kumsişvili səhmlərin dəyəri barədə məlumat verməyib. Qeyd edək ki, hazırda hər iki şirkətin səhmlərinin 100%-i dövlətə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/gurcustan-demir-yollari-ve-neft-ve-qaz-korporasiyasi-nin-sehmleri-satisa-cixarilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR