Mariya Zaxarova Rusiya - Azərbaycan münasibətlərinin SON VƏZİYYƏTindən danışıb

Mariya Zaxarova Rusiya - Azərbaycan münasibətlərinin SON VƏZİYYƏTindən danışıb
15:22 30 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla münasibətlərin səviyyəsi sabit olaraq qalır. Onun əsası dövlət başçıları tərəfindən qoyulub, müvafiq sazişlər vasitəsilə möhkəmlənib və xalqlar arasında çoxəsrlik dostluq əlaqələri ilə möhürlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Bu yaxınlarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Moskvaya, Rusiyanın təhsil naziri Olqa Vasilyevanın isə Bakıya səfərlərini şərh edən M.Zaxarova bu cür səfərlərin təcrübədə dövlətlər arasında etimadın yüksək səviyyədə olmasının təzahürü olduğunu bildirib.

"Bütün dünya üçün çətin anda maraqlı və ictimai əhəmiyyətli tədbirlər keçirməyimiz xüsusilə xoşdur. Bu tədbirlər yalnız əlaqələrimizi gücləndirmir, bunlar həm də beynəlxalq münasibətlərdə müsbət gündəm yaradır", - M.Zaxarova vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494479.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR