Azərbaycan ƏDV-ni ilk olaraq sosial sahələrdə differensiallaşdıracaq

Azərbaycan ƏDV-ni ilk olaraq sosial sahələrdə differensiallaşdıracaq
15:32 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı.30 noyabr. REPORT.AZ/ Azərbaycanda ƏDV sisteminin differensiallaşması ilkin olaraq dərman preparatları, məktəb ləvazimatları və bu kimi başqa sosial sahələrdə tətbiq ediləcək. Bunu "Report"a açıqlasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərov bu sahədə bəzi dövlət qurumları ilə Vergilər Nazirliyi arasında yaranan fikir ayrılığına da aydınlıq gətirib: "Bu fikir ayrılıqları daha çox inzibati nəzarətlə bağlıdır. Yəni, ola bilsin sahibkarlar çalışacaq ki, daha az ƏDV ödəsin. Bu da güclü nəzarət tələb edir. Məhz onlar da bunu deyir. Amma biz də deyirik ki, nəzarət etmək bizim işimizdir və bunu həyata keçirəcəyik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR