Braziliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Braziliyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
15:47 30 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın Azərbaycandakı səfirliyində təyyarə qəzası ilə əlaqədar dövlət bayrağı endirilib.
Bu barədə "Report"a Braziliyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Ümumiyyətlə, təyyarə qəzası ilə əlaqədar Braziliyada üçgünlük matəm elan olunub. 
Xatırladaq ki,  noyabrın 29-da göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelyin şəhərinə yollanıblar.
Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Aviaqəzadan 6 nəfər sağ qalıb, lakin onlardan 2-si sonradan dünyasını dəyişib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/braziliyanin-azerbaycandaki-sefirliyinde-dovlet-bayragi-endirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR