ÜST Azərbaycanda insanların sağlamlığının qorunması ilə bağlı görülən işləri yüksək qiymətləndirir

ÜST Azərbaycanda insanların sağlamlığının qorunması ilə bağlı görülən işləri yüksək qiymətləndirir
15:52 30 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 30 noyabr. REPORT.AZ/ Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə “Pandemiya və digər viruslu xəstəliklərin profilaktikası”na həsr olunmuş beynəlxalq konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan, MDB və Avropa ölkələrinin nümayəndələri, ekspertlər iştirak ediblər.
Konfransda pandemiyanın yayılma təhlükəsi, bu cür epidemioloji xəstəliklərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması ilə əlaqədar mübarizə metodları, ÜST-ə üzv ölkələrdə milli fəaliyyət proqramlarının hazırlanması və s. məsələlər müzakirə olunub.
Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət sektorunun müdiri Oleq Səlimov jurnalistlərə açıqlamasında deyib ki, konfransda ÜST-ə üzv ölkələrdə pandemiyaya qarşı mübarizə metodları və bu sahədə ən yüksək səviyyədə qəbul olunmuş qərarlar, normativ hüquqi aktlar, dövlət proqramları müzakirə olunub. Azərbaycan nümayəndə heyəti ölkəmizdə pandemiyaya qarşı mübarizə sahəsində görülən işlər, qəbul olunmuş dövlət proqramları barədə məlumat verib. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər və qəbul olunmuş milli fəaliyyət proqramı yüksək qiymətləndirilib.
DST-nın Avropa Regional Bürosunun rəhbəri Karolina Braun isə deyib ki, konfransda həmçinin pandemiyaya qarşı vaksinlərin alınması, çatdırılması, istifadəsi, bu cür epidemiyalara qarşı mübarizə tədbirləri barədə müzakirələr aparılıb: “Bilirsiniz ki, bu, çox ciddi məsələdir. 2009-da pandemiyadan dünyada 400 mindən çox insan həlak olub. Problemin həlli ÜST üçün ən aktual məsələlərdən biridir”.
K.Braun bildirib ki, hazırda Avropa regionunda cəmi iki dövlət pandemiya və qripə qarşı mübarizə sahəsində milli fəaliyyət planı hazırlayıb. Bu dövlətlərdən biri Azərbaycandır. Azərbaycan 2008-ci ildə pandemiyaya qarşı milli fəaliyyət planı hazırlayıb. ÜST bunu çox yüksək qiymətləndirir.
Onun sözlərinə görə, daha 10 dövlət belə bir fəaliyyət planı üzərində çalışır.
Konfransın sonunda tövsiyə xarakterli qərarlar qəbul olunub və üzv ölkələrə göndərilib.





Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/ust-azerbaycanda-insanlarin-saglamliginin-qorunmasi-ile-bagli-gorulen-isleri-yuksek-qiymetlendirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR