Anti-islami hərəkatın sıraları böyüyür

Anti-islami hərəkatın sıraları böyüyür
10:36 6 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Drezden şəhərində keçirilən növbəti anti-İslam yürüşlərinə 17 mindən çox insan qatılıb. Almaniyada 2 ay əvvəl formalaşdırılan PEQİDA hərəkatının başlanğıcda bir neçə yüz tərəfdarı var idisə, indi PEQİDA tərəfdarlarının sayı 20 minə yaxınlaşıb.

Hərəkatın adı almancadan tərcümədə “Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər avropalılar” mənasını verir.

ANS PRESS xəbər verfir ki, hərəkatın banisi Lutç Baxmanın yürütdüyü siyasət radikal millətçilərin dəstəyini qazanıb. PEQİDA fəalları Avropaya, xüsusilə, Almaniya mühacirət edən qaçqınların yəhudi-xristian dəyərlərinə zərbə vurduğunu iddia edirlər.

Lutç Baxman: “Almaniya miqrasiya ölkəsi deyil. İnteqrasiya, sadəcə, yanaşı yaşamaq deyil, konstitusiyamızın yəhudi-xristian dəyərləri və yəhudi kökündən gələn alman mədəniyyəti əsasında birgə mövcud olmaq deməkdir”

Baxman qeyd edib ki, bir müddət əvvəl Hamburq şəhərində kürdlərin Kobani hadisələri ilə əlaqədar Türkiyə hökumətinə qarşı kütləvi etiraz aksiyası keçirməsi onu PEQİDA hərəkatını yaratmağa vadar edən əsas səbəb olub. Türkiyə hökumətinin İŞİD silahlılarının hücumuna məruz qalan Kobanidə kürdlərə dəstək olmaması etirazlara səbəb olmuşdu.

Baxman mühacirləri öz ölkəsindən qaçan cinayətkarlar adlandırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR