İşsizlərin qənimi - işədüzəltmə agentlikləri

İşsizlərin qənimi - işədüzəltmə agentlikləri
16:47 30 Noyabr 2016
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Peşə sahibi olub işləmək, qazanmaq hər bir insanın istəyidir. Bəli, yaşamaq istəyirsənsə, çalışmalısan, özünün, ailənin maddi tələbatını təmin etməlisən. Amma bəzən bu istəyi reallaşdırmaq heç də asan başa gəlmir, ya zamanı vaxtında dəyərləndirmirsən, ya zəhmətdən qaçıb tənbəllik edirsən, ya da necə deyərlər, uğur özü səndən yan keçir. Bəzən, gerçəkdən, öz peşənə, sənətinə uyğun iş tapmaq müşkülə çevrilir və bu zaman iş axtarmağa başlayırsan. İş yeri axtaranda isə, təbii ki, bir çox vasitələrə əl atır, ayrı-ayrı adamlardan, mənbələrdən, bir sözlə, hər yerdən faydalanmağa çalışırsan.
Yəqin, paytaxtda binaların divarlarında, şəhərin ən müxtəlif göz görən yerlərində, ictimai nəqliyyatda iş elanlarını çox görməyən az adam olar. Belə elanlar sosial şəbəkələr, müxtəlif saytlar vasitəsilə də yayılır. Bu agentliklər adətən telefonla təklif etdikləri iş haqqında ətraflı məlumat vermirlər, işaxtaranları ofisə dəvət edirlər. Milli.Az azerbaijan-news.az-a istinadən xəbər verir ki, "Mansur", "Bəyaz", "Cahan", "İndiqo", "Moon", "Klass", "Uğur" belə agentliklərin yalnız kiçik bir siyahısıdır. Sayları isə çoxdur, hətta o dərəcədə ki, bəziləri, sadəcə, "ofis" adı ilə fəaliyyət göstərir.
 
"Səndən 50 faiz yox, halallıqla 100 manat alacam"
 
"İşədüzəltmə proseduru" ilə yaxından tanış olmaq üçün işaxtaran adı ilə paytaxtdakı işədüzəltmə agentliklərinin bir neçəsinə baş çəkdim. Məqsədim belə büroların hansı hüquqi əsaslarla fəaliyyət göstərməsini araşdırmaq, insanları işlə necə təmin etdiklərini öyrənmək idi. 
İlk baş çəkdiyim ofis Səməd Vurğun bağının yaxınlığında, Puşkin 13-də yerləşən "Mansur" işədüzəltmə agentliyi oldu. Buradakı xanım bir neçə işin adını çəkdikdən sonra aylıq maaş 350 manat olan mühafizə işini məsləhət gördü. İşi "bəyəndim" və xidmətə nə vaxt başlaya biləcəyimi soruşdum. Xanım "müqavilə" bağlamağı və buna görə 10 manat ödəməli olduğumu bildirdi: "Əlaqə nömrənizi qoyun, iki həftəyə sizə xəbər edəcəyik. İşə düzəlsəniz, ilk ayın 50 faizini agentliyə ödəyəcəksiniz". "Təki iş olsun", - deyib razılaşdığımı bildirdim. O isə birinci ayın əməkhaqqının yarısını alana qədər şəxsiyyət vəsiqəmin, ya da hərbi biletin onlarda qalacağını dedi. Sonra da əlavə etdi ki, mühafizəçi formasına görə firmaya da 300 manat ödəməliyəm. Özüm formanı tikdirmək istədiyimi deyəndə qəti etiraz etdi: "Yox, bunu firma özü edəcək".

Nəhayət, bir az fikirləşməli olduğumu deyib kənardan agentliyin digər işaxtaranları, daha doğrusu, müştəriləri necə aldatdıqlarını (buna başqa ad vermək mümkün deyil) izləməyə başladım. Eyni "səhnə" idi. Odur ki, gözləməyin yeri yox idi. Kim olduğumu, məqsədimi açıqladım. Xanım jurnalist olduğumu bilib səs tonunu dəyişdi. Onların hansısa dövlət qurumunun tabeliyində olub-olmadıqlarını, agentlik kimi qeydiyyatdan keçib-keçmədiklərini, insanlardan niyə pul yığdıqlarını və vətəndaşların sənədlərini hansı əsaslarla girov saxladıqlarını soruşdum. Yeri gəlmişkən qeyd edək ki, agentliyin nə kassa aparatı var idi, nə də aldıqları pula görə qəbz verirdilər. Yəqin, elə həm də bu səbəbdən xanım suallarımı cavabsız qoyaraq təlaş içində Dövlət Məşğulluq Xidmətinin tabeliyində fəaliyyət göstərdiklərini, VÖEN-lərinin olduğunu deyib iş vaxtlarının sona çatdığını bildirdi. Mənim isə agentliyi tərk etməkdən savayı əlacım qalmadı. 

"Bəyaz" agentliyinin də oxşar qayda ilə işlədiyinin şahidi oldum. 10 manat bu başdan, 50 faiz də ilk aydan agentliyə ödənməlidir. Ümumiyyətlə, "28 May" metro stansiyasının yaxınlığında eyni adlı küçədə yerləşən bu agentlikdə də eyni mənzərə idi. Adının Pərvanə olduğunu deyən xanım, "Mansur"dan fərqli olaraq, müstəqil agentlik olduqlarını dedi. Qəbz istəyimizə isə əda ilə cavab verərək "Elə bil 3 min manat ödəmisən" deməklə işini bitmiş hesab etdi.

Üçüncü baş çəkdiyim agentlik "Neftçilər" metro stansiyasının yaxınlığındakı Rüstəm Rüstəmov küçəsində yerləşən "Cahan" oldu. Agentlik doqquzmərtəbəli binanın zirzəmisindəki tikiş atelyesində yerləşir. "Cahan"ın da şərti 10 manat və 50 faiz idi. Ancaq etiraf edək ki, burada insaflı idilər. Günü 15 manata (aylıq 450 manat) fəhləliyə "düzəldən" xanım bu iş üçün cəmi 100 manat istədi. Burada da heç bir sənəddən-filandan söz gedə bilməzdi. Kimliyimi deyib konkret suallara keçəndə isə xanım bütün suallarıma qısa cavab verdi: "İş yoxdur, bu gündən fəaliyyətimi dayandırıram". 

Onu da qeyd edək ki, belə büroların əksəriyyəti gözdən, könüldən uzaq yerlərdə - yaşayış binalarının 1-2-ci mərtəbələrində, köhnə binaların həyətində, zirzəmilərdə yuva salır. İşləri də çox sadədir: yüksək maaşlı (300 manatdan 1200 manata qədər) iş təklif etməklə insanları yerləşdikləri ünvana gətirmək. Orada isə dildən pərgar, adamları inandırmağı bacaran xanımlar təklif etdikləri vakansiyaları böyük həvəslə işaxtarana təqdim edirlər. Əgər hər hansı bir işi bəyəndinsə, dərhal anket gəlir masanın üstünə. İşə göndərilmək razılığına görə 10 manat "müqavilə pulu" alınır (əslində, heç bir müqavilə bağlanmır) və deyirlər zəng edəcəyik. Amma çox vaxt nə zəng olur, nə də iş. Yox, əgər, həqiqətən, kimisə işə düzəldirlərsə, buna görə başqa haqq - ilk əməkhaqqının 30 faizindən 60 faizə qədəri tələb olunur. 

Müşahidələr zamanı diqqət çəkən bir məqam da "işədüzəltmə" adı ilə yayılan elanlarda əlaqə vasitəsi kimi əsasən mobil nömrələrin qeyd edilməsi oldu. Öyrəndik ki, aldatdıqları adamlardan gizlənmək, qanunun tələblərindən yayınmaq üçün stasionar telefon onlar üçün əlverişli deyil. Şəhər sakini Mahir Əliyev deyir ki, dükanının yanında balaca bir ofisdə "İndiqo" adında işədüzəltmə agentliyi fəaliyyətə başlamışdı və qısa müddətdə bura iş tapmaq üçün gələnlərdən uzun-uzadı növbələr yaranmışdı: "Hamıdan işə düzəltmək adı ilə 10 manatdan pul yığılırdı. Ancaq çox çəkmədi agentliyin işçiləri aradan çıxdılar, işlətdikləri mobil nömrələri də sındırıb atdılar. Uzun müddət aldadılan adamlar mənim dükanıma gəlib xahiş edirdilər ki, onların yerini deyim. Mən isə, təbii ki, bilmədiyim ünvanı deyə bilməzdim".
 
Dövlət Məşğulluq Xidməti özəl işədüzəltmə şirkətləri və ya agentlikləri ilə əməkdaşlığının olmadığını deyir
 
Məlumdur ki, ölkədə vətəndaşların işlə təmin olunması ilə bağlı fəaliyyət göstərən rəsmi qurum Dövlət Məşğulluq Xidmətidir. Bu xidmətin paytaxtla yanaşı, bütün rayonlarda şöbələri var. Bəs qeyd etdiyimiz agentliklərin Məşğulluq Xidməti ilə hər hansı bir işbirliyi varmı?

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov bizimlə söhbətində həmin agentliklərin onlarla heç bir əməkdaşlığının olmadığını dedi: "2001-ci ilə qədər müstəqil fəaliyyət göstərən bir neçə işədüzəltmə bürosu Məşğulluq Xidmətinin lisenziyası ilə fəaliyyət göstərirdi. Bu zaman onların fəaliyyəti nəzarətdə saxlanılırdı, yoxlamalar aparılırdı, hər hansı bir şikayət olanda araşdırılırdı. 2001-ci ildə onların hamısının lisenziyası ləğv olundu və ondan sonra sərbəst, istədikləri kimi fəaliyyət göstərməyə başladılar. Bu gün biz onlara nəzarət etmirik. Amma işaxtaranlara tövsiyə xarakterli məsləhətlər veririk ki, belə şirkətlərə müraciət edəndə ehtiyatlı olsunlar, aldanmasınlar". 

L.Hüseynov onu da bildirdi ki, Məşğulluq Xidmətinin bütün rayonlarda işədüzəltmə mərkəzləri var: "Təkcə bu il Dövlət Məşğulluq Xidmətinə müraciət edənlərdən 52 minə yaxın vətəndaş işlə təmin olunub. Məşğulluq mərkəzlərinə boş iş yerləri haqqında məlumat müəssisələr tərəfindən rəsmi olaraq verilir. Vakant yerlər haqqında məlumat nazirliyin saytında da var və onlar mərkəzlərə müraciət edən hər kəsə təqdim olunur. Şərtlər işaxtaranı qane edirsə, ona göndəriş verilir. Əks halda işaxtaran qeydiyyata alınır və uyğun iş olanda yenidən çağırılır". Öyrəndik ki, işaxtaranlarla bağlı xidmət tərəfindən ayrıca tədbirlər də həyata keçirilir. Məsələn, işaxtaran gənclər peşə hazırlığı kurslarına cəlb olunurlar. Eyni zamanda işaxtaranlara əmək birjaları, əmək yarmarkaları vasitəsilə kömək göstərilir. Təbii ki, bütün xidmətlər pulsuz, yəni dövlət hesabına həyata keçirilir. Üstəlik, işsiz statusu olanlara müavinət verilir.
 
"Hüquqi bir öhdəliyi olmayan təşkilat başqasına necə işləmək hüququ verər?!"
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu barədə danışarkən qeyd etdi ki, belə işədüzəltmə agentlikləri haradasa qeydiyyatdan keçə bilərlər. Ancaq onlar hamısı qanunsuz yaradılmış təşkilatlardır və bu səbəbdən qanun qarşısında cavabdehlikləri yoxdur: "Hüquqi bir bazası olmayan təşkilat başqasını necə işə düzəldir, ona necə işləmək hüququ verir? Onlar insanları aldadırlar, müəyyən qədər vəsait əldə etdikdən sonra müxtəlif bəhanələr gətirib işin alınmadığını deyirlər. Vətəndaşlardan qanunsuz pul alınması, şəxsiyyət vəsiqələrinin girov saxlanılması dələduzluqdur. Bu işlə hüquq mühafizə orqanları ciddi məşğul olmalıdır".
Qeyd edək ki, əmək qanunvericiliyinə və Azərbaycanın tərəfdaş çıxdığı Beynəlxalq Əmək Konvensiyasına görə, işədüzəltmə büroları göstərdikləri xidmətə görə işçidən yox, işəgötürəndən pul almalıdır. Bunun üçün işədüzəltmə agentliyi ilk növbədə qanun çərçivəsində fəaliyyət göstərməli və işəgötürənlə müqavilə bağlamalıdır. 

Hər zaman savadlı, bacarıqlı və zəhmətkeş insan üçün iş var. Sadəcə, bu keyfiyyətlərə malik olan hər kəs öz peşəsinə, qabiliyyətinə uyğun iş seçməyi bacarmalıdır. Təbii ki, bir şərtlə: bu zaman haqqında söhbət açdığımız fırıldaqçı agentliklərin toruna düşməmək üçün gözüaçıq olmalıdır. O ki qaldı onların əməllərinə hüquqi qiymətin verilməsinə, ümid edirik və inanırıq ki, bu sahədə də tədbirlər görüləcək və vətəndaşları inamından istifadə edib aldadanlar cəzalarını alacaqlar. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57

Bakıda Milli Şuranın mitinqi başlayıb

23 Sentyabr 2017 15:49

Aydın Mirzəzadə: “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil"

23 Sentyabr 2017 15:47

Missiya.az xəbər saytının fəaliyyətinin 1 ili tamam olur

23 Sentyabr 2017 15:47

Cənnətdə evlilik olacaqmı? - Nihat Hatipoğlunun CAVABI - VİDEO

23 Sentyabr 2017 15:43

Hərbçini güllələyib su kanalına atdılar

23 Sentyabr 2017 15:43

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23 Sentyabr 2017 15:42

Layiqli kişi tapmadı, özüylə evləndi

23 Sentyabr 2017 15:34

Şimali Koreyaya daha bir zərbə

23 Sentyabr 2017 15:33

Qusarda iki nəfəri qəsdən maşınla vuran şəxsin apellyasiya şikayəti təmin edilməyib

23 Sentyabr 2017 15:32

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25

Şimali İraqdan Türkiyəyə HÜCUM: ölən və yaralanan var

23 Sentyabr 2017 14:23