"Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu" - Peskov

"Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu" - Peskov
17:32 30 Noyabr 2016
106 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu və Moskvanın Suriya yanaşması ilə üst-üstə düşmür.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Rusiya rəsmisi deyib ki, Moskva məsələ ilə bağlı rəsmi Ankaradan izahat gözləyir: "Bəyanat bizim üçün gözlənilməz oldu. Bu, çox ciddi bəyanatdır və Rusiyanın Suriya ilə bağlı mövqeyinə ziddir".

Qeyd edək ki, ötən gün Suriyada həyata keçirilən "Fərat Qalxanı" əməliyyatından danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına son qoymaq üçün giriblər.

"Biz səbir, səbir dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik", - deyə Ərdoğan vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR