Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”

Səməd Seyidov: “AŞPA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qaldıracağıq”
17:37 30 Noyabr 2016
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn ilin yanvar ayında keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycanla bağlı birbaşa hansısa məsələ yoxdur. Lakin, bu, o demək deyil ki, Azərbaycan öz məsələlərini Avropa Şurasında müzakirə etməyəcək".
Bunu "Report"a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
AŞPA-nın yanvar sessiyasının gündəliyinin məlum olduğunu xatırladan S.Seyidov qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri bu dəfə də ölkənin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini diqqətə çatdıracaqlar: "Eyni zamanda, Azərbaycanda gedən prosesləri də AŞPA üzvlərinə çatdıracağıq".
Qeyd edək ki, AŞPA-nın qış sesiyası 2017-ci il yanvarın 23-27-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/semed-seyidov-aspa-nin-qis-sessiyasinda-qarabag-meselesini-qaldiracagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR