Argentinada voleybolçu öldürülüb

Argentinada voleybolçu öldürülüb
18:02 30 Noyabr 2016
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Argentinanın "Monteros "Voley" komandasının voleybolçusu Andres Kastro öldürülüb. "Report"un "World of Volley"ə istinadən verdiyi məlumata görə, 24 yaşlı idmançı San-Migel-de-Tukuman şəhərində güllələnib.
Hadisə voleybolçunun rəfiqəsi ilə evə qayıdarkən baş verib. Kastro soyğunçuların hücumuna məruz qalıb. Bir müddət tərəflər arasında mübarizə getsə də, soyğunçular Kastronun sinəsinə atəş açaraq, motosikllə ərazidən uzaqlaşıb. Rəfiqəsi təcili tibbi yardıma zəng etsə də, həkimlər hadisə yerinə vaxtında yetişə bilməyib. Ətrafdakıların köməyi ilə 24 yaşlı voleybolçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda polis cinayətlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl voleybol üzrə Venesuela yığmasının kapitanı Kervin Pinyerua 25 yaşında ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/argentinada-voleybolcu-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR