OPEC-in haslilatı azaltmaqla bağlı müzakirələri qızışır

OPEC-in haslilatı azaltmaqla bağlı müzakirələri qızışır
18:03 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

OPEC və təşkilata daxil olmayan ölkələr Vyanada neft hasilatının gündəlik 1,8-2 milyon barel azaldılması istiqamətində danışıqlar aparırlar.

Publika.az xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloxio del Pino açıqlama verib. O deyib ki, oktyabrda neft ölkələrinin hasilatı gündəlik 33,64 milyon barel təşkil edib.

Nəzərə çatdıraq ki, Səudiyyə Ərəbistanı OPEK-ə daxil olmayan ölkələrdən hasilatı gündəlik 600 barel azaldılmasını təklif edib. Bundan əlavə Səudiyyə İranın da hasilatı azaltmasına ümid edir.

Xatırladaq ki, OPEK üzvülərinin sentyabrdakı toplantısında hasilatın gündəlik 32,5 milyon barel ətrafında dondurulmasına dair razılığa gəlinmişdi. Bu barədə konkret razılaşmanın bu gün Viyanada imzalanması qərarlaşdırılmışdı. “JP Morgan”nın proqnozlarına görə sammitin müsbət nətilənəməsinə dair ümüdlər 60 faizdir.

Yeri gəlmişkən, OPEC Rusiyanın da hasilatı azaldacağına ümid edir. Rusiyanın enerji naziri Aleksandr Novak isə bəyan edib ki, ölkəsi hasilatı gündəlik 200-300 min barel azalda bilər:

“Rusiya şirkətləri hasilatı gündəlik 200-300 min barel artırmağı planlayır. Hökumət bu prosesi dondura bilər”.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/178009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR