Şahzadəyə qarşı seks ittihamı

Şahzadəyə qarşı seks ittihamı
10:36 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın Bukinhem sarayı kraliça Yelizavetanın ikinci oğlu, taxta beşinci namizəd şahzadə Endryunun qadınla münasibətdə sui-istifadə barədə ittihamları rədd edib.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Ştatlar məhkəməsi amerikalı qadının yetkinlik yaşına çatmadığı bir vaxt ABŞ biznesmeni, şahzadə Endryunun dostu Cefri İpşteyn tərəfindən qul kimi saxlanaraq, şahzadə ilə üç dəfə cinsi əlaqəyə girməyə məcbur olunduğunu iddia edir. Həmin qadın şahzadə ilə cinsi əlaqənin 1999-2002-ci illər arasında London, Nyu-York və İpşteynin Birləşmiş Ştatların Vircin adalarının birindəki şəxsi adasında baş verdiyini deyib.

Bukinhem sarayı hazırda York hersoqu kimi tanınan 54 yaşlı şahzadəyə qarşı irəli sürülən ittihamın yalan olduğunu, qətiyyətlə şahzadənin heç bir yetkinlik yaşına çatmayan qızla əlaqəsi olmadığını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR