Kamilla Hüseynova dəvət alıb

Kamilla Hüseynova dəvət alıb
18:12 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dekabrın 1-dən 3-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində V Beynəlxalq mədəniyyət forumunun "Balet və rəqs" bölməsinin işində iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, respublikanın xalq artisti Kamilla Hüseynova dəvət olunub.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə MDB-yə daxil olan əksər ölkələrin milli balet truppalarının bədii rəhbərləri iştirak edəcək və öz ölkələrində xoreoqrafiya sənətinin inkişafı təcrübələrini bölüşəcəklər. Ölkəmizi "dəyirmi masa"da təmsil edəcək Kamilla Hüseynova müstəqillik illərində Azərbaycanda balet sənətinin inkişafı sahəsində görülən işlər və qazanılan uğurlar mövzusunda çıxış edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/494471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR