Elman Rüstəmov: "Bank sektoru sabit deyil"

Elman Rüstəmov: "Bank sektoru sabit deyil"
18:12 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bank sektoruna kifayət qədər vəsait də versək, bu gün bank sektoru onu qəbul etməyə hazır deyil. Çünki o, sabit deyil, onun ötürücülük qabiliyyəti doğru deyil. Tezliklə bank sektrorunda sabitliyin bərpa olunması, bank kreditlərinin aktivliyinin bərpa olunmasına çalışırıq".
"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, əsas prioritet sabitləşdirmədir: "Sabitlik yoxdursa, insanlar da, müəssisələr də öz gəlirlərini itirir və dövlət də öz gəlirlərindən məhrum olur. Ona görə də sabitləşdirmə ilə insanların, müəssisələrin, dövlətin gəlirlərini itirməsinin qarşısını almalıyıq. Əgər sabitliyə nail olmasaq, heç bir investor bizə inanmayacaq. Nə xarici, nə də daxili investor qeyri-müəyyənlikdə investisiya etməyəcək".
AMB sədri hesab edir ki, hökumətin, Mərkəzi Bankın diqqətinin fokuslandığı əsas məsələ Maliyyə Nazirlyi ilə birlikdə makroiqtisadi sabitliyin tezliklə bərpa olunması ilə bağlıdır və bununla artıq yeni inkişaf strategiyasına keçidin, maktroiqtisadi artımın bərpa olunması, yeni inkişafın və iqtisadi artımın təmin olunmasıdır: "Bu istiqamətdə, xüsusilə, Maliyyə Sabitliyi Şurası çox ciddi iş aparır. Yaxın dövrlərdə yekunlaşdırıb Prezidentə təqdim edəcəyik".
"Fevral ayından bazara intervensiya etmirik. Amma müəyyən idarəetmə var. Biz əmin deyilik ki, idarəetməni götürsək manatın məzənnəsi ilə nə baş verər. 2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, buradan gedən yol qiymətlərinin sabitliyi, bundan sonra makroiqtisadi siyasətin sərtliyinin azaldılması, inkişafa doğru gedən inkişaf stregiyasına keçmək üçün kifayət qədər imkanlarımız olacaq", - deyə E.Rüstəmov əlavə edib.
AMB başçısı bununla yanaşı bildirib ki, tədiyyə balansının mənfi saldosu əsasən kapitalın hərəkəti ilə bağlıdır: "Tədiyyə balansının bu il gözlənilən 5 mlrd. dollarlıq mənfi saldosu əhəmiyyətli rəqəmdir. Onun 88-90%-i məhz kapitalın hərəkəti ilə bağlıdır. Yəni, keçmiş və gələcəklə bağlıdır. Keçmişdə götürülmüş borclar var, digər tərəfdən isə gələcəkdə çox böyük layihələr həyata keçiriləcək ki, ondan böyük gəlirlər götürücəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/elman-rustemov-bank-sektoru-sabit-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR