Akif Çovdarovun "qurbanı"na 15 İL HƏBS

Akif Çovdarovun "qurbanı"na 15 İL HƏBS
18:24 30 Noyabr 2016
175 Digər
Ölkə mətbuatı
A- A+

Həbsdə olan general Akif Çovdarovun zərərçəkəni, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə  hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İlham Qasımova 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. 

 

Xatırladaq ki, prokuror çıxışında İlham Qasımova 13 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR