Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əli Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
18:27 30 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Ə.Əsədovun 60 yaşı tamam olur. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/eli-esedov-1-ci-dereceli-vetene-xidmete-gore-ordeni-ile-teltif-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR