Putin Trampla telefon danışığının detallarını açıqladı

Putin Trampla telefon danışığının detallarını açıqladı
18:37 30 Noyabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Donald Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır. Dediyim kimi, Rusiya bu yolun öz hissəsini keçməyə hazırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon söhbəti barədə danışarkən deyib.

Putin qeyd edib ki, ABŞ-Rusiya münasibətləri Moskvanın günahı ucbatından korlanmayıb. "Tezliklə Ağ Evə yeni prezident gələcək. İnanmaq istərdik ki, münasibətlərimizi düzəltmək şansı yaranacaq. Bu münasibətlər təkcə iki ölkə xalqı üçün deyil, həm də beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı baxımından önəmlidir", - deyə o vurğulayıb.

Rusiya prezidenti, həmçinin terrorçuluqla mübarizə üzrə vahid, geniş cəbhənin yaradılmasının vacibliyini önə çəkib: "Təəssüf ki, hələlik belə cəbhə yaradılmayıb. Lakin onun alternativi yoxdur".

Putin bildirib ki, Yaxın Şərqdə münaqişənin nizamlanması yalnız bütün nüfuzlu beynəlxalq oyunçuların effektiv tərəfdaşlığı halında mümkün ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR