"O videolar montaj olunub" - DGK

"O videolar montaj olunub" - DGK
18:39 30 Noyabr 2016
99 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət Gömrük Komitəsi son günlər bir sıra kütləvi informasiya vasitələrində, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara “kobud” rəftarını əks etdirdiyi iddia edilən videolarla bağlı açıqlama yayıb.

 

Lent.az-ın DGK-nın saytına istinadən məlumatın görə, açıqlama bildirilir ki, bu videolar məqsədli olaraq və əsasən ölkənin gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır. 

 

Məlumatda deyilir ki, həmin videolara baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda  lazımi fikir formalaşsın: "Müasir şəkildə inşa edilən, gömrük prosedurlarının həyata keçirilməsi üçün vacib olan avadanlıqlarla təmin edilən binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsi ilə yoxlanılmasına imkan vermir, gömrükçülərin qanuni iradlarını qəbul etmək istəmir, bir sözlə qanuna tabe olmaqdan imtina edir.  Nəticədə kadrlardan göründüyü kimi  gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq. Üstəlik bu problemlərin yaranmasının  səbəbkarları  əsasən xırda ticarətlə məşğul olan, gün ərzində dəfələrlə sərhədddi qarşı tərəfə keçən bir qrup insandır.

Əksər hallarda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri  gömrük postlarında quraşdırılan avadanlıqların, 100 minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur".

Komitə bildirir ki, ölkəmizin gömrük  sərhədindən insanların, malların və nəqliyyat vasitələrinin keçidi müvafiq qanunvericiliklə tənzimlənir və gömrük-keçid məntəqəsində xidmət göstərən gömrükçülər və avadanlıqlar  Azərbaycan Respublikasının,  onun hər təbəqədən olan vətəndaşlarının sərhəddən təhlükəsiz və rahat keçidini təmin etmək  üçün nəzərdə tutulub. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR