Çovdarovun zərərçəkəni olan iş adamına hökm oxundu - 15 il

Çovdarovun zərərçəkəni olan iş adamına hökm oxundu - 15 il
18:47 30 Noyabr 2016
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə İ.Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakim ondan 2 il artıq cəza verib.

İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb. Çovdarov bir neçə dəfə onu nazirliyə apararaq həbslə hədələyib külli miqdarda pul alıb. İ.Qasımov isə məşhur milyarder Gülağa Qəmbərovun (Tənha) şikayəti əsasında həbs edilib. İ.Qasımov şair Tənhaya 19.5 milyon manat "atıb".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR