Onlar dövlət rüsumu ödəməkdən azad olundu - SƏRƏNCAM

Onlar dövlət rüsumu ödəməkdən azad olundu - SƏRƏNCAM
19:19 30 Noyabr 2016
369 Digər
Ölkə mətbuatı
A- A+

İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorların dövlət rüsumunu ödəməkdən azad edən qanun qüvvəyə minib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Qeyd edək ki, qanunun 3.3-cü maddəsinə əsasən, investisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR