Səudiyyə Ərəbistanı və İran neft hasilatını azaldır

Səudiyyə Ərəbistanı və İran neft hasilatını azaldır
20:05 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti OPEK-dəki mənbəsinə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün Venada OPEK-in rəsmi görüşü keçirilir.

Milli.az xəbər verir ki, görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.

İran da gün ərzində neft hasilatını 3,797 milyon barelə qədər azaldacaq. Trend-in məlumatına görə, bu barədə TASS agentliyi məlumat verib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR