"Yolda adam varsa, nə etməliyəm?" - Reyddə gərginlik - VİDEO - FOTO

"Yolda adam varsa, nə etməliyəm?" - Reyddə gərginlik - VİDEO - FOTO
20:12 30 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarından başlayaraq, Şəkinin Olimpiya meydanı adlanan ərazidə reyd keçirilib.

Milli.Az ARB Şəki-yə xəbər verir ki, yoxlamalarda məqsəd qanunsuz sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparmaq olub.

Reyd zamanı bir sıra maraqlı faktlar aşkarlanıb. Yoxlamalar nəticəsində fərqlənmə nişanı olmadan texniki, tibbi müayinədən keçməyən və vergi ödəməkdən yayınan 20-yə yaxın sürücüyə qarşı inzibati qaydada protokol tərtib edilib.

Qanunsuz sərnişindaşıma ilə məşğul olan bir neçə nəfərin avtomobili cərimə meydançasına aparılıb.

Sürücü: "Bir yol ilə gəlirəm. Başqa yerdə də saxlamıram. Yolda adam varsa nə etməliyəm? Boşda gəlirəm".

Qanunsuz yük və sərnişindaşıma fəalliyyəti ilə məşğul olan sürücülərə qarşı bu cür reydlərin davam etdirilməsi gözlənilir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR