Nardaran və Maştağadan olan gənclər avtomobil ustalığı üzrə kurslara cəlb olunublar

Nardaran və Maştağadan olan gənclər avtomobil ustalığı üzrə kurslara cəlb olunublar
20:17 30 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 30 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində “Auto Azərbaycan”MMCbir sıra Bakı kəndlərində yaşayan gənclər üçün “avtomobillərə texniki xidmət üzrə usta hazırlığı” kurslarında ödənişsiz təlimlər keçib.
Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, Bilik Fondunun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan gənclər bu kursa cəlb ediliblər.
Kursu uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub. Tədbirdə “Auto Azərbaycan” MMC-nin Təlim Mərkəzinin rəhbəri Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi-mütəxəssis Qurban Məmmədov, təlim keçən gənclər iştirak ediblər.
Fondun icraçı direktoru Oktay Səmədov gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə “Auto Azərbaycan”MMC-nin rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib.
Təlim Mərkəzinin rəhbəri T.İsmayılov Bilik Fondunun təşkilatçılığı ilə keçirilən təlimlərdə gənclərin həvəslə iştirak etdiyini vurğulayıb. Onu da bildirib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq “Auto Azərbaycan” MMC-də, digərləri isə müxtəlif avtomobillərə texniki xidmət müəssisələrində işlə təmin olunublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/nardaran-ve-mastagadan-olan-gencler-avtomobil-ustaligi-uzre-kurslara-celb-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR