İngiltərə millisində yeni baş məşqçi

İngiltərə millisində yeni baş məşqçi
20:27 30 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib. Fanat.Az İngiltərə Futbol Asossiasiyası yığmanınbaş məşqçi postuna Qaret Sautqeyti təyin edib.


Bu barədə asossiasiyanın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 46 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, sentyabr ayında istefaya göndərilən Sem Ellardaysdan sonra bu vəzifəni müvəqqəti icra edirdi.


Qeyd edək ki, futbolçu karyerası ərzində "Kristal Palas", "Midlsbro" və "Aston Villa" klublarında oynamış Qaret Sautqeyt 1995-2004-cü illərdə İngiltərə millisində 57 oyun keçirərək 2 qol vurub. 2006-cı ildə məşqçiliyə başlayıb və 3 il "Midlsbro"ya başçılıq edib. 2013-cü ildən isə İngiltərə U-21-inin baş məşqçisi idi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ngiltr-millisind-yeni-ba-mqci-t54594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR