Arif Rəhimzadə: “Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik”

Arif Rəhimzadə: “Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik”
20:53 30 Noyabr 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

“Ukrayna təcrübəsi də göstərdi ki, Rusiya ilə hədə yolu ilə danışmaqla müsbət nəticəyə nail olmaq mümkün deyil. Amma bu o demək deyil ki, Azərbaycan səssiz qalır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun keçmiş rəhbəri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.

Komitə sədri deyib ki, Rusiyanın və Azərbaycanın öz maraqları var:

“Biz Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik. Rusiya ilə münasibətləri qoruyub saxlamaq lazımdır. Ancaq eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllinə də diqqətlə yanaşılmasına nail olmaq lazımdır”.

A.Rəhimzadə qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyaya öz münasibətini çatdırır:

“Biz Rusiyaya hər zaman öz sözümüzü deyirik. Amma Rusiya ilə münasibətlərdə daha konkret nəticələrin əldə olunmasına çalışmalıyıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/178013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR