Bakıda 52 yaşlı qadın döyüldü

Bakıda 52 yaşlı qadın döyüldü
21:28 30 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda xuliqanlıq cinayəti baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Bakı şəhər sakini, 52 yaşlı Elduzə Daşdəmirova yaşadığı evdə naməlum şəxs tərəfindən döyülüb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Elduzə Daşdəmirova Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin təhqiqatçısı tərəfindən dindirilib. O, ifadəsində tanışı tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır. (teleqraf.com)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR