Bakı Olimpiya Stadionu "Şapekoense"nin rənginə bürünüb

Bakı Olimpiya Stadionu "Şapekoense"nin rənginə bürünüb
21:37 30 Noyabr 2016
115 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Braziliyanın "Şapekoense" komandasını Kolumbiyaya aparan təyyarənin qəzaya uğradığı faciəvi hadisə qurbanlarının xatirəsi Azərbaycanda da anılıb.
"Report"un məlumatına görə, bununla əlaqədar Bakı Olimpiya Stadionu klubun rənginə boyanıb. Stadionun mətbuat katibi Cəmilə Sultanova arenanın yaşıl rəngə büründüyü görüntüsünü sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, "Şapekoense" "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun final matçına yollanarkən qəzaya düşüb. Təyyarənin 81 sərnişinindən yalnız 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən 2-si - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/baki-olimpiya-stadionu-sapekoense-nin-rengine-burunub-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR