Azərbaycan səfirliyi Gürcüstanda xeyriyyə yarmarkasında iştirak edəcək

Azərbaycan səfirliyi Gürcüstanda xeyriyyə yarmarkasında iştirak edəcək
22:07 30 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı Səfirliyi dekabrın 3-də Tbilisidə keçiriləcək illik “Qış yarmarkası"nda iştirak edəcək.
Azərbaycanın Gürcüstandakı Səfirliyindən”Report”a verilən məlumata görə, tədbir Gürcüstan Beynəlxalq Qadın Assosiasiyası tərəfindən təşkil olunacaq.
Tədbirdə iştirak edəcək səfirliklər öz ölkələrinə aid suvenirləri, mətbəx nümunələri sərgiləyəcəklər. Satışdan əldə olunan vəsait yardıma ehtiyacı olan insanlara veriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR