Pis qan dövranının 7 SİMPTOMU

Pis qan dövranının 7 SİMPTOMU
22:32 30 Noyabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxşı qan dövranı insanın sağlamlığında mühüm rol oynayır. Qan orqanizmin hər hüceyrəsinə qidalı maddələri və oksigən çatdırır və eyni zamanda hüceyrələrin ziyanlı maddələrdən azad olmasını təmin edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qan dövranı pozulduqda hüceyrələr "ac" qalır. Digər tərəfən ziyanlı maddələr hüceyrələrdən vaxtında xaric olunmur və burada toplanmağa başlayır.

Qan dövranının pozulması çox təhlükəli haldır. Müalicə olunmadıqda bu hal ürək, beyin, qaraciyər, böyrəklər, ətrafların ciddi zədələnməsinə səbəb olur. Bu səbəbdən pis qan dövranının simptomlarını bilmək və vaxtında lazım olan tədbirləri görmək çox vacibdir.
Beləliklə, pis qan dövranının simptomları bunlardır:
1. Ödemlər. Pis qan dövranı böyrəklərin fəaliyyətinə mane olur ki, nəticədə orqanizmdə artıq maye yığılır və bu da ayaq və əllərdə ödemlərin əmələ gəlməsinə səbəb olur.
2. Dərinin ağarması. Bu xüsusilə əl və ayaqların barmaqlarında görünür. Dərinin rəngi daha ağ, solğun, bir qədər göyümtül olur.
3. Varikoz xəstəliyinin inkişafı. Varikozun ilk simptomları arasında - ayaqlarda ağrılar, ağırlıq hissi.
4. Saçların tökülməsi, dəinin və dırnaqların vəziyyətinin pisləşməsi. Bu pis qan dövranının əsas görünən əlamətlərindən biridir. Saçlar quru olur, tökülür, gec uzanır, dəri quru və solğun olur, dırnaqlar kövrək olur, qırılır.
5. İmmun sisteminin zəiflənməsi. İnsan daha tez-tez soyuqdəymə xəstəliklərinə tutulur və gec sağalır.
6. Əl və ayaqların daim soyuq olması.
7. Fiziki yorğunluq. İnsan daha tez yorulur, adi gündəlik işləri çətinliklə icra edir.
8. Diqqətin, yaddaşın pozulması. Beyinin normal fəaliyyəti yaxşı qan dövranından çox asılıdır. Bu səbəbdən qan dövranının pisləşməsi ilk növbədə beyinin fəaliyyətinə mənfi təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/494508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR