Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir

Bu illərdə doğulan insanlarda İNSULTUN riski yüksəkdir
22:32 30 Noyabr 2016
317 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il dünyada 6-7 million insan insultdan ölür. Hal hazırda alimlər insultun xeyli "cavanlaşmasını" müşahidə edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimlərinin fikrinə görə, insanın doğulma tarixi onda insultun ehtimalı ilə sıx əlaqədədir.

225 min insanın məlumatını araşdırdıqdan sonra alimlər bildiriblər ki, 1965-1974-cü illərdə anadan olan insanlarda 1945-1954-cü illərdə anadan olan insanlarla müqayisədə insultun riski 2 dəfə çoxdur.

Araşdırmanın nəticələri Journal of the American Heart Association jurnalında dərc olunub.

Alimlərin fikrinə görə, bunun səbəbi ilk növbədə 60-cı illərdən sonra piylənmə və şəkərli diabetin yayılması ilə əlaqəlidir. Piylənmə və diabet ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən sayılır. Ürək-damar sistemi xəstəlikləri isə öz növbəsində insultun inkişafına səbəb olur.

Beləliklə, 40-55 yaşlar arası insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/493710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR