ABŞ-dan neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA

ABŞ-dan neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
10:39 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu bizim üçün faydalıdır

Barak Obama administrasiyası neftin ucuzlaşmasının ölkə iqtisadiyyatı üçün faydalı olduğunu açıqlayıb.


 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, amerikalı istehlakçılar bu məsələdə uduşdadır. Belə ki, ölkədə benzin ucuzlaşıb, avtomobil satışı isə artıb. ABŞ-ın böyük hissəsində bir qallon (3,7 litr) benzinin qiyməti 2 dollardan aşağı düşüb.

 

Daha öncə Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Uilyam Dadli də neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini bəyan etmişdi.  

 

Qeyd edək ki, hazırda Brent markalı neftin qiyməti 53 dollardır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR