Kolumbiyada qəzaya uğramış təyyarənin kimə məxsus olması müəyyənləşib

Kolumbiyada qəzaya uğramış təyyarənin kimə məxsus olması müəyyənləşib
00:32 1 Dekabr 2016
117 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Çərşənbə axşamı Kolumbiyanın Medelin şəhəri yaxınlığında qəzaya uğramış təyyarənin kimə məxsus olması məlum olub.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təyyarənin venesuelalı biznesmen və keçmiş siyasətçi Rikardo Albasetə məxsus olması müəyyənləşib.
O, 6 il əvvəl Venesuelanın "Linea Aerea Meridena Internacional de Aviacion (LAMIA) aviaşirkətini yaradıb. Agentliyin məlumatına görə, Venesuelanın Mülki Aviasiya İdarəsi daşımalar üçün lisenziya verməyib. Səbəblər məlum deyil.
Bundan sonra biznesmen təyyarələrindən üçünü kirayəyə verib və onlardan biri qəzaya uğrayıb. 
Qeyd edək ki, Braziliyanın "Şapekoense" futbol klubunun oyunçularını daşıyan təyyarə Medelin şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə 77 nəfər olub. Onlardan cəmi 6-ı sağ qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-qezaya-ugramis-teyyarenin-kime-mexsus-olmasi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR