Zərrabın cinayət işi böyüdü - Məhkəmə təxirə salındı

Zərrabın cinayət işi böyüdü - Məhkəmə təxirə salındı
03:34 1 Dekabr 2016
122 Digər
Ölkə mətbuatı
A- A+

İran əsilli türkiyəli iş adamı Rza Zərrab ABŞ-ın Manhetten şəhərində məhkəmə qarşısına çıxıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, məhkəmə prosesində söz alan Zərrabın vəkili Benyamin Brafman prokurorluğun dosyeyə İranla, Rza Zərrabın qardaşı Muhammet Zərrabla və “Mahan Air” şirkəti ilə bağlı yeni əlavələr etdiyini bildirib. Prokurorluq əməkdaşlarının Türkiyəyə də gedərək bəzi şəxslərlə görüşdüyünü deyən vəkil işin daha da böyüdüyünü, bu səbəbdən də növbəti prosesin vaxtının uzadılmasını istəyib.

 

Məhkəmənin qərarı ilə növbəti proses 23 yanvar 2017-ci ildə baş tutacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR