Maqnus Karlsen yenidən dünya çempionu oldu

Maqnus Karlsen yenidən dünya çempionu oldu
04:09 1 Dekabr 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Norveçli Maqnus Karlsen şahmat üzrə dünya çempionu olub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, rusiyalı Sergey Karyakini 4-cü tay-breyk görüşündə məğlub edərək dünya çempionu titulunu qoruyub saxlaya bilib.

 

Beləliklə, şahmat tacı uğrunda Nyu-Yorkda keçirilən matç 9:7 hesabı ilə Norveç təmsilçisinin qələbəsi ilə nəticələnib.

 

Qeyd edək ki, 2013-cü ildə Maqnus Karlsen hindistanlı Vişvanatan Anandı məğlub edərək 16-cı dünya çempionu olub

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR