Play Store

Kişinyovda 1 km uzunluğunda rumın bayrağı açılacaq

Kişinyovda 1 km uzunluğunda rumın bayrağı açılacaq
06:07 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Kişinyov. 1 dekabr. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyov şəhərinin əsas prospektində min metr uzunluğunda Rumıniyanın üçrəngli bayrağı açılacaq.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Milli bayramı – Birlik gününün 98-ci ildönümünə həsr olunan bayraq aksiyası bu ölkədəki unionistlər (Moldovanın Rumıniya ilə birləşməsinin tərəfdarları – "Report") təşkilatı olan "Şərəf, Ləyaqət və Vətən" İctimai birliyi tərəfindən təşkil olunacaq. 
Birliyin sədri Vlad Bileçki vətəndaşları aksiyaya qoşulmağa çağırıb. “Moldovada kimin prezident olmasından asılı olmayaraq, moldovanlar özlərini rumın hiss edir və Rumıniya ilə birləşmək istəyirlər”.
Bakı vaxtı ilə saat 15-də paytaxtın əsas prospektlərindən biri olan “Ştefan çel Mare”-də keçiriləcək aksiya 2 saat davam edəcək. Sonda 1 km uzunluğunda olan rumın bayrağı hissələrə bölünərək ölkə üzrə məktəb və liseylərə paylanılacaq.
Rumıniyadan Moldovaya gətirilən bayrağın hazırlanmasına 2 ay vaxt sərf olunub. Qeyd edək ki, min metr uzunluğundakı budəfəki bayraq aksiyası ölkə tarixinə düşəcək hadisə kimi yadda qalacaq. Belə ki, əvvəlki illərdə təşkil olunan analoji aksiyalarda bayrağın uzunluğu 300 metr olub. 


Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/kisinyovda-1-km-uzunlugunda-rumin-bayragi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR