Türkiyədəki dəhşətli yanğının səbəbi məlum oldu

Türkiyədəki dəhşətli yanğının səbəbi məlum oldu
06:09 1 Dekabr 2016
182 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə tələbə  yataqxanasındakı yanğının səbəbi məlum olub.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, hadisə yerini araşdıran polislərlə mütəxəssislər elektrik naqillərinin köhnə olduğunu bildiriblər və yanğının da məhz bu səbəbdən baş verdiyini qeyd ediblər.

 

Araşdırma zamanı qəza çıxışı qapısının isə tutacağı olmadığı məlum olub. İş təhlükəsizliyi mütəxəsisi qeyd edib ki, qapının açılma istiqaməti çöl tərəfə olsa da qapının tutacağı olmadığı üçün tələbə qızlar qapını aça bilməyib. Binanin damı əsasən taxtadan olduğu üçün tez bir zamanda yanaraq çökən dam qəza çıxışında qapını açmağa çalışan qızlara fürsət verməyib.

 

Qeyd edək ki, noyabrın 30-da gecə saatlarında Türkiyənin Adana əyalətinin Aladağ rayonunda qız tələbələrin yataqxanası yanmışdı. Yanğın zamanı 11 tələbə qız və bir yataqxana işçisi qadın həyatını itirmişdi. Hadisə nəticəsində 22 nəfər yaralanmışdı.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR