Proqramlar üçün “microSD” hazırlandı

Proqramlar üçün “microSD” hazırlandı
07:42 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

"SD Card Association" qeyri-kommersiya təşkilatı smartfon və planşetlərdə proqramların işə salınması üçün "SD" tipli yaddaş kartlarına qoyulan minimal tələbləri təsvir edən yeni standart ("SD Specification 5.1") qəbul edib. Mobil qurğular üçün yeni "SD" kartlar məlumatları saniyədə 500 Mbit sürətlə yaza və 1.5 Mbit sürətlə oxuya bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  "Secure Digital" kartlarından istifadə standartı hələ 1990-cı illərin sonlarında "SanDisk" və "Toshiba" şirkətləri tərəfindən multimedia fayllarının (musiqi, video, şəkil) saxlanılması üçün universal qurğuların yaradılması məqsədi ilə hazırlanıb.

Müəyyən vaxtdan sonra "SD" kartlar daha yüksək məhsuldarlığı və yeni formatlı videoları yazmaq qabiliyyəti sayəsində başqa formatları sıxışdırmağa başlayıb. Nəticədə "SD" kartlar proqramların saxlanılması üçün de-fakto standarta çevrildi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/494527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR