“YouTube” Rusiyadan gedə bilər

“YouTube” Rusiyadan gedə bilər
08:12 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyada online kinoteatrların fəaliyyətini məhdudlaşdıran qanun layihəsinin Dövlət Duması tərəfindən qəbul ediləcəyi təqdirdə, "YouTube" video xidməti bu ölkədən gedə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, deputatlar Andrey Luqovoy və Şamsail Saraliyev tərəfindən təqdim edilən qanun layihəsi professional səviyyəli audiovizual xidmətlərin təşkilatçısı olan şirkətlərdə xarici şirkətlərin iştirakı payının azaldılması nəzərdə tutulur. Qanun layihəsi online kinoteatrlar üçün nəzərdə tutulsa da, onun təsiri altına "YouTube" da düşür.
 
Rusiya Media-Kommunikasiya Birliyi (MKS) "YouTube"da həm professional, həm də həvəskar kontentlərin yerləşdirildiyini bildirib. Birini digərindən ayırmaq mümkün deyil. Birlik hesab edir ki, qanun layihəsi rəqabəti məhdudlaşdırır və istifadəçiləri internetin "boz zona"sına itələyir.
 
"Kommersant"ın yazdığına görə, qanun layihəsinin təşəbbüskarları "Qazprom Media" və "STS media"dır. Layihə ABŞ-ın "Netflix" video xidmətinə qarşı yönəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/494530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR